Birmərtəbəli ev yanıb

29 Mart 2020 19:34

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonunun Bağçakürd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az