"Atletiko"nun üzvü dünyasını dəyişdi

29 Mart 2020 19:29

"Atletiko" (Madrid) U-14 komandasının futbolçusu Kristian Minçola dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun ölüm səbəbi haqda məlumat verilməyib.

Qeyd edək ki, Minçola 2013/2014 mövsümündən "Atletiko"nun akademiyasında çıxış edirdi.

Milli.Az