“Barselona” 30 min tibbi maska bağışlayacaq

29 Mart 2020 18:45

İspaniyanın "Barselona" klubu koronavirusla mübarizəyə dəstək olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klub, Kataloniyanın səhiyyə təşkilatına 30 min tibbi maska bağışlayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Maskaların, əsasən, qocalar evində istifadə olunacağı bildirilir.

Milli.Az