Alman nazirin cəsədi qatar relslərində tapıldı

29 Mart 2020 17:09

Almaniyanın Hessen əyalətinin Maliyyə naziri Tomas Şefer qatar relslərində ölü şəkildə tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Visbaden Baş Prokurorluğu məlumat yayıb.

Martın 28-də yerli vaxtla saat 10:00-da qatar yollarında bir cəsədin olması xəbərindən sonra hadisə yerinə gedən heyət tərəfindən ölən şəxsin cəsədinin Maliyyə naziri Tomas Şaferə aid olduğu müəyyən edilib.

Qeyd edək ki, 2010-cu ildən bəri Hessenin Maliyyə naziri vəzifəsini icra edən Tomas Şafer, Hessen əyalətinin Baş naziri Folker Buffyenin varisi olaraq görülürdü.

Milli.Az