Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

29 Mart 2020 17:08

Bəzi yeraltı piyada keçidləri ilə hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejiminin gücləndirilməsi nəticəsində dənizkənarı bulvar, park və istirahət məkanlarına yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.

Milli.Az