Bakıda yataqxanada yanğın olub

29 Mart 2020 18:55

Bakıda yataqxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzildə ev əşyaları 12 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az