Qazaxıstanda 5 şəhər karantinə bağlanır

29 Mart 2020 18:29

Qazaxıstanın Karaqanda vilayətində koronavirus epidemiyası ilə əlaqədar 5 şəhər karantinə bağlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar martın 30-dan qüvvəyə minəcək.

Qeyd olunur ki, qəbul edilmiş qərar Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay şəhərlərinə şamil olunur.

Bu günədək Qazaxıstanda 251 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib.

Milli.Az