“Eşkiya” koronavirusla bağlı qadağanı pozdu - FOTO

29 Mart 2020 16:00

Türkiyənin ATV kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkilişlərinə start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, koronavirus epidemiyasına yoluxmaların qarşısını almaq üçün atılan addımlara rəğmən aktyor heyəti kamera qarşısına keçib.

Onur Tan, Zübeyr Şaşmaz və Baran Özçaylanın rejissorluq etdiyi ekran işinin çəkiliş prosesində ən azı 40 nəfər iştirak edir.

Bu səbəbdən kulisdə dezinfeksiya işləri aparılıb, 65 yaşdan yuxarı aktyorlara (Sabina Tovziya və Turgay Tanülkü) isə ssenaridə yer verilməyib.

Bundan əlavə onları təcili tibbi yardım xidməti müşayiət edib, çəkiliş müddəti qısaldılıb və məkan sayı azaldılıb.

Milli.Az