Olimpiya Oyunları nə zaman başlayacaq?

29 Mart 2020 15:21

Koronavirusa görə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının yeni vaxtı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın ən böyük idman yarışı 2021-ci ilin 23 iyulunda start götürəcək.

Rəsmi qərar isə yaxın vaxtlarda açıqlanacaq.

Milli.Az