Ronaldonun anası xəstəxanadan çıxdı - FOTO

29 Mart 2020 12:18

İnsult keçirən anası xəstəxanadan buraxılan "Yuventus"un hücumçusu Kriştiano Ronaldo həkimlərə təşəkkür edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçu anası və bacıları ilə İnstaqram-da payladığı şəklə bu şərhi yazıb:

"Anam xəstəxanadan çıxıb və sağalır. Son dərəcədə minnətdaram. Ailənizin və yaxınlarınızın qayğısına qalın".

Milli.Az