95 faizi yaşlılar imiş... - İtaliyada koronavirusdan ölənlərin statistikası

29 Mart 2020 10:22

İtaliyada koronavirusdan dünyasını dəyişənlərlə bağlı statistika açıqlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya Yüksək Səhiyyə İnstitutunun martın 26-na olan hesabatına görə, koronavirusdan ölənlərin böyük əksəriyyəti yaşlılardır.

Belə ki, ölkədə koronavirusdan ölənlərin 95.1 faizi 60+ yaş qrupuna aiddir. Ölənlərdən 2702 nəfərinin (39,7 faiz) yaşı 80-89 aralığında olanlardır. 35,3 faizi (2702 nəfər) isə 70-79 yaş qrupuna daxildir. 

İtaliyada martın 26-dək 90+ yaş qrupuna aid olanlardan 608 nəfər koronavirusdan dünyasını dəyişib. Bu isə 8,9 faiz deməkdir. Dünyasını dəyişənlərdən 761 nəfəri isə 60-69 yaş arasıdır (11,2 faiz).

İtaliyada koronavirusdan ölənlərin 57,6 faizi kişilərdir. Ölənlərdən 73 faizi hipertoniyadan, 31,3 faizi diabetdən, 27,8 faizi isə ürək çatışmazlığından əziyyət çəkib. 

Qeyd edək ki, son məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçib.

Milli.Az