İmmobile yeni müqavilə bağlaya bilər

29 Mart 2020 07:18

"Latsio" hücumçusu Çiro İmmobile ilə yeni müqavilə bağlamaq fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi İmmobileyə 2025-ci ilə qədər davam edən müqavilə təklif edəcək. Hazırda onun "Latsio" ilə müqaviləsi 2023-cü ilə qədərdi.

Qeyd edək ki, Çiro İmmobile cari mövsüm A Seriyasında 26 oyuna 27 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.

Milli.Az