Serbiyalı tennisçi, dünya şöhrətli Novak Cokoviç ölkəsində koronavirusla yardım fonduna bir milyon avro ianə edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ayrılan pulla respirator və tənəffüs cihazları alınacaq. İdmançı bu barədə "Instagram"dakı səhifəsində məlumat verib. O bildirib ki, köçürülən vəsaitə Çindən və Almaniyadan xüsusi tibbi avadanlıq gətiriləcək. O, həmçinin virusla mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edib.
Bir neçə gün əvvəl məşhur tennisçilər - isveçrəli Rojer Federer və ispaniyalı Rafael Nadal da ölkələrindəki müvafiq fondlara maddi yardımlar göstəriblər.
Milli.Az