Moskvada 69 yaşlı qadın koronavirusdan öldü

28 Mart 2020 18:54

Moskvada 69 yaşlı qadın koronavirusdan ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən zaman həmin qadında ikitərəfli pnevmaniya olub. Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb .

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 1264-ə çatıb.

Milli.Az