“Nyukasl”ın əfsanəsi koronavirusa görə həbs edildi

28 Mart 2020 14:03

"Nyukasl"ın əfsanələrindən olan Nolberto Soldano Peruda həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun koronavirusa görə elan edilmiş karantin qaydalarına əməl etməməsi olub. 

Kafelərin birində yemək yeyən əfsanəvi futbolçunu polis saxlayıb. 

Soldano verdiyi açıqlamada hərəkətindən peşman olduğunu bildirib. 

Milli.Az