Fədayə Laçın adam döydüyü vaxtlarının FOTOsunu paylaşdı: Pis qalmamışam, hə?

28 Mart 2020 13:13

Fədayə Laçın məktəb illəri ilə indiki halını əks etdirən fotosunu sosial şəbəkədə kollaj formasında paylaşıb.

Milli.Az xəbər verir ki, sənətçi paylaşımına "1-ci şəkildə 13 yaşım, 2-ci şəkildə 43 yaşım var. Pis qalmamışam, hə?" şərhini yazıb.

Qeyd edək ki, Fədayə azadlığa çıxdıqdan sonra verilişdə məktəb illərində arxasınca düşən oğlanı döyüb, təhdid etdiyi etirafı ilə diqqət mərkəzinə düşmüşdü:

"Mən ona demişdim ki, mənim arxamca düşmə. Biz o vaxtı Maştağa tərəfdə olurduq. Orada kanal var e, deyirdim "Səni bu kanala ataram, düşmə mənim dalımca. Bir dəfə-iki dəfə düşdü dalımca. Məktəbdən çıxanda bizim yolumuz çox uzun idi. Avtobusdan düşüb, xeyli gedirdin də. O yerlərdə mənim arxamca gəlirdi. Mən ona dedim ki, "Gəlmə arxamca, səni döyüb kanala atacam". Anama da demişdim ki, "Ana, mən bir nəfəri kanala atsam, məndən inciməyin. Sonra gördüm yenə dalımca düşüb. Mən buna əl atdım ki, döyəm, o da qoxdu. Kurtkasının qabağı açıq idi. Fırlandı qaçmağa, mən kurtkadan yapışdım. Kurtkanın içindən çıxdı, qaçdı". 

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Məhəmməd Vaqif
Milli.Az