Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

28 Mart 2020 15:47

Koronavirusa yoluxan məşhur futbolçu Maruan Fellaini xəstəxana palatasında məşqi ilə bağlı görüntüləri yayıb.

Milli.Az oxu.az-a istinadən xıbır verir ki, o, videonu "Instagram" səhifəsində paylaşıb.

"Xəstəxanadayam, lakin günü-gündən güclənirəm", - idmançı yazıb.

Qeyd edək ki, Çinin "Şandun Lunen" klubunun belçikalı futbolçusu və 2018-ci il dünya çempionatının bürünc mükafatçısı olan Fellaini hazırda Tszinan xəstəxanasındadır.

Fellaini İngiltərə Premyer liqasında çıxışı ilə tanınıb. Müxtəlif illərdə o, "Everton" və "Mançester Yunayted"də oynayıb.

Milli.Az