İsmayıllı sakinindən odlu silah götürüldü

28 Mart 2020 15:09

İsmayıllı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıhətəmli kənd sakini İ.Ağayevdən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az