Koronavirusa yoluxan həkim: “İndiki ağlım olsaydı, evdən çölə çıxmazdım” - VİDEO

28 Mart 2020 13:57

Türkiyədə koronavirusa yoluxmuş həkim və keçmiş deputat Kadir Gökmen Öğüt insanlara səslənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Twitter" hesabından video yayımlayaraq, insanları özlərini virusa yoluxmaqdan qorumağa çağırıb.

Gökmen Öğüt insanlara evdə qalmağın "ən yaxşı dərman" olduğunu deyib:

"Virusa necə yoluxduğumu bilmirəm. Bazar günü iki dəfn mərasimində iştirak etdim. İndiki ağlım olsaydı, evdən çölə çıxmazdım".

Milli.Az