Ərdoğan naziri vəzifəsindən azad edib

28 Mart 2020 13:30

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu vəzifəni Adil Karaismayıloğlu icra edəcək.

Məlumata görə, əvvəlki nazir Mehmet Cahid Turxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə vəzifəsindən azad edilib.

Adil Karaismayıloğlu bundan əvvəl Türkiyə İctimai Mǝnzil İnşaat idarǝsində (TOKİ) çalışıb.

Milli.Az