Nadir Qafarzadə: "Bilirdin də, kimə ərə gəlirsən"

29 Mart 2020 03:30

Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə bağlı etiraf edib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə sərt paylaşımlarına görə xanımının əsəbiləşdiyini və ona irad bildirdiyini söyləyib:

"Bir də görürsən nəsə paylaşıram, sonra kimsə xahiş edir, silirəm. Həyat yoldaşım deyir, otur yerində, uşaqlarını böyüt, pulunu qazan, bu, sənə lazımdır? Görürəm həyəcanlanır, deyirəm, bilirdin də, kimə ərə gəlirsən".

Nadir xanımının sosial şəbəkə istifadəçisi olmadığını da bildirib.

Milli.Az