Bakı metrosunda cibgirlik edən 22 yaşlı oğlan saxlanıldı

28 Mart 2020 12:29

Bakıda metroda cibgirlik edən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb. 

Şəhər sakini R. Abdullayevanın çantasından 600 manat dəyərində telefonu cibgirlik yolu ilə oğurlanıb. Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü S. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az