Ağcabədidə “Shacman” yandı

28 Mart 2020 14:41

Ağcabədidə yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonda "Shacman" markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az