Xaçmazda VAZ yandı

28 Mart 2020 09:11

Xaçmaz rayonunda avtomobil yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

Hadisə zamanı "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az