Ukraynada koronavirusa yoluxanların sayı 310-a çatıb

28 Mart 2020 09:06

Ukraynada son sutkada koronavirusa yoluxanların sayı 92 nəfər artaraq, ümumilikdə 310 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl ölkədə 218 nəfərin virusa yoluxduğu, beş nəfərin öldüyü, dörd xəstəninsə sağaldığı deyilirdi.

Milli.Az