Sabirabadda binada yanğın baş verib

28 Mart 2020 07:55

Sabirabad rayonunda yaşayış binasında yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabirabad rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 m² olan aptekdə 1 ədəd kondisioner və tibbi ləvazimatlar 5 m² sahədə yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az