Göyçayda ferma yanıb

28 Mart 2020 07:35

Göyçay rayonunun Qarayazı kəndində fəaliyyət göstərməyən fermanın ərazisində ümumi sahəsi 250 m² olan talvarın yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 85 m² olan qamışdan ibarət köməkçi tikili 35 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az