Ağcabədidə ev yanıb

27 Mart 2020 21:05

Ağcabədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağcabədi rayonunun Qaravəlli kəndində ümumi sahəsi 165 m² olan evin yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az