Cari mövsümün sonunda "Borussiya Dortmund"dan ayrılması gözlənilən Mario Götze karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bayer" Leverkuzen 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. "Bayer" "Borussiya" ilə müqaviləsi mövsümün sonunda bitəcək yarımmüdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırır. Artıq klubun Götze ilə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Götzenin adı "Herta" ilə də yanaşı çəkilir.
Milli.Az