Ermənistan Ordusunda koronavirusa yoluxma halları artır

27 Mart 2020 14:44

Ermənistanda hərbçilər arasında koronavirusa yoluxma halları artır.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, artıq 5 hərbi qulluqçuda koronavirus aşkarlanıb. Qeyd edək ki, bundan əvvəl Ermənistanda hərbçinin koronavirusa yoluxduğu açıqlanmışdı.

Son məlumata görə, Ermənistanda ümumilikdə koronavirusa 329 yoluxma faktı aşkarlanıb. 

Milli.Az