Qab yuduğu yerdə yaxalanan Kamil Zeynallı: "Evdar kişi olmuşuq" - VİDEO

27 Mart 2020 14:02

Sosial şəbəkələrdə aktiv olan idmançı Kamil Zeynalı bu dəfə də əyləncəli videosu ilə gündəmə gəlib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, koronavirusla əlaqədar evdə olan idmançı qab yuduğu yerdə dostunun kamerasına tuş gəlib:

"Bu nə günlərdir, düşmüşük?! Evdar kişilər olub getmişik. Bekarçılıqdan qonşuların qapısının qarşısını da süpürürəm ki, vaxt getsin, başım qarışsın. Səhər qonşunun kişisi ilə eyvanda paltar sərə-sərə söhbət edirik. Bir-birimizə yemək bişirməyi başa salırdıq. Allaha and olsun, real videodur. Dostum yemək bişirib keçib qəfil arxadan çəkdi məni. Mən də heç nə demədim".

Milli.Az