"Fənərbağça"nın futbolçuları videokonfransla məşq etdilər

27 Mart 2020 13:29

Koronavirus epidemiyasına görə Türkiyə Superliqasının dayandırımasına baxmayaraq, "Fənərbaxça" məşqlərinə ara vermir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçular videokonfrans vasitəsilə çalışmalarını davam etdirirlər. Onlar məşqçilərin verdiyi fərdi tapışırıqları eyni anda icra edirlər.

Qeyd edək ki, "Fənərbağça" 26-cı turda dayandırılan Superliqada 40 xalla 7-ci pillədə qərarlaşıb.

Milli.Az