"Barselona"da maaşlar kəsilib

27 Mart 2020 15:40

"Barselona" koronavirus pandemiyası ilə əlaqədar bir sıra anti-böhran tədbirlərinə başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəsmi saytı vasitəsilə işçilərin və futbolçuların iş gününü azaltdığını elan edib.

Buna uyğun olaraq onların maaşları da azaldılıb. Ancaq maaşların nə qədər kəsildiyi bildirilməyib: ""Barselona" tərəfindən görülən tədbirlər əmək qanunlarına, mütənasiblik və ədalət meyarlarına uyğundur. Məqsədimiz klubu ən qısa müddətdə bərpa etməkdir".

Qeyd edək ki, koronavirus xəstəliyi səbəbindən bütün dünyada ümumilikdə 24 mindən çox adam ölüb.

Milli.Az