51 nəfəri öldürən terrorçu ilə bağlı yeni xəbər

27 Mart 2020 11:12

Yeni Zellandiyada Nur və Linvod məscidlərinə hücum edərək 51 nəfəri öldürən və 49 nəfəri yaralayan terrorçu Brenton Tarrant haqqında irəli sürülən bütün ittihamları qəbul edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, terrorçu indiyə qədər ona qarşı irəli sürülən ittihamları rədd edirdi. Məhkəməyə Covid-19 epidemiyası səbəbindən media nümayəndələri, müsəlmanların təmsilçisi Camal Founda və Linvod məscidinin imamı Əbdül Alabi ilə birlikdə cəmi 17 nəfər qatılıb.

Xatırladaq ki, terrorçu Brenton Tarrant 2019-cu ilin 15 mart tarixində, cümə namazı zamanı avtomat silahla məscidlərə hücum etmişdi.

Hücum zamanı 51 nəfər öldürülmüş,49 nəfər isə yaralanmışdı. Növbəti məhkəmə proseslərində qurbanların ailələrinin iştirakı da ehtimal olunur.

Milli.Az