"Real"ın stadionu anbara çevrilir

27 Mart 2020 09:50

"Real" ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunu koronavirusla mübarizə üçün Səhiyyə Nazirliyinin istifadəsinə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, stadion pandemiyaya qarşı mübarizədə tibbi ləvazimatlar və dərmanların toplanması üçün anbar kimi istifadə ediləcək.

Bildirilir ki, burada toplanan dərmanlar daha sonra ölkədə ehtiyac olan müxtəlif xəstəxanalara göndəriləcək.

Milli.Az