İkimərtəbəli evdə yanğın baş verib

27 Mart 2020 08:49

Masallı rayonunun Lürən kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az