Azərbaycanda ticarət obyektləri yanıb - ViDEO - FOTO

27 Mart 2020 08:30

Bərdə şəhərində ümumi sahəsi 66 m2 olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bitişik ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az