İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

27 Mart 2020 08:09

İran ərazisində 3.3 maqnitudasında zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən martın 26-da, yerli vaxtla saat 22:41-də İran ərazisində maqnitudası 3,3, dərinliyi 5 km olan zəlzələ qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

Milli.Az