Koronavirusdan sonra 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət Microsoft oldu

28 Mart 2020 08:55

Koronavirusun yayılması bir çox sahəyə zərbə vursa da, texnologiya sektoruna daha çox ziyan dəyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Amazon, Feysbuk, Google və Apple-ın səhmlərində azalmalar müşahidə edilir. Microsoft isə ABŞ-da 1 trilyon dollarlıq dəyərini qoruya bilən yeganə şirkət olub.

Lakin istehsalı əsasən Çin və Hindistan kimi xarici ölkələrdən asılı olan Apple-da vəziyyət o qədər də ürəkaçan deyil. Çin və Hindistanda istehsalın dayandırılması ilə Apple, ən çox ziyan görən markalardan olub.

Milli.Az