Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

26 Mart 2020 23:27

Dünya üzrə koronavirusa yoluxanların sayı 500 min nəfəri ötüb.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, son olaraq dünyada 503 min 219 nəfər bu virusa yoluxub.

Artıq 22 min 340 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 121 min 227 nəfər isə yenidən sağlamlığına qovuşub.  

Dünya üzrə ən çox yoluxma halı virusun mənbəyi hesab olunan Çində (81 min 285), ən çox ölüm halı isə İtaliyada (7503) qeydə alınıb. 

Milli.Az