İtaliyada koronavirus fəlakəti davam edir - son sutkada 662 ölü

26 Mart 2020 21:59

İtaliyada son sutka ərzində COVİD-19 koronavirusuna 6 mindən artıq insan yoluxub. Halbuki əvvəlki günlərdə yoluxma saylarının artım statistikası bir qədər azalmışdı.

Milli.Az EPA-ya istinadən bildirir ki, İtaliyanın Mülki Müdafiə Departamentinin yaydığı məlumata görə, indiyədək İtaliyada koronavirusdan 8165 nəfər, son 24 saatda isə 662 nəfər vəfat edib.

Hazırda İtaliyada 62013 nəfər koronavirusa yoluxub.

Pandemiyanın ən ağır zərbə vurduğu Lombardiya əyalətində vəziyyət ağır olaraq qalır. Orada son sutkada 2543 yoluxma faktı qeydə alınıb.

Son sutkada 999 nəfər koronavirusdan sağalıb. Pandemiya başlanandan bəri İtaliyada 190 mindən artıq insan sağalıb.

Yoluxmaların sayına görə Lombardiya, Veneto və Emiliya-Romanya ilk yerlərdədir.

Milli.Az