Boris Akunin koronavirusa yoluxub

26 Mart 2020 20:51

Rusiyalı yazıçı Boris Akunin koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində bildirib.

O, dəbli xəstəliyə tutulduğunu, təəssüratlarını bölüşəcəyini yazıb.

Qeyd edək ki, hazırda Rusiyada koronavirusa yoluxanların sayı 840-a çatıb, 38 nəfər sağalıb, 2 nəfər isə vəfat edib. 139 min nəfər isə həkim nəzarətindədir.

Milli.Az