Almanlar COVID-19-a qarşı vaksin yaradılmasında birinci olacaqlarmı?

27 Mart 2020 02:30

Almaniyanın "Curevac" biotexnologiya firması "21-ci əsrin taunu" sayılan COVID-19 virusuna qarşı vaksinin yaradılmasına yaxındır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tezliklə kliniki sınaqlar başlanacaq. Şirkətin rəhbərləri bildirirlər ki, "Curevac" nikbin əhval-ruhiyyədədir və bu araşdırmanın müvəffəqiyyətlə başa çatacağına şübhə etmirlər. "Curevac" sınaqlara könüllülərin cəlb edilməsini gizlətmir. Bu insanlar öz üzərlərində test sınaqları keçirilməsinə icazə verəcəklər.

Milli.Az