ABŞ özünü əridir
4 Dekabr 2011 09:29
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch" ABŞ-ın kredit dərəcəsini neqativə çevirib.
Milli.Az xəbər portalı TRT-yə istinadən bildirir ki, "Fitch" ABŞ-ın "AAA" olan uzunvədəli kredit notuna yenidən baxıb və 16 avqustda "durğun" kimi dəyərləndirdiyi kredit reytinqini "neqativ"ə çevirib.
"Standard and Poors" isə 5 avqustda dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-ın "AAA" olan uzunvədəli kredit dərəcəsini tarixində ilk dəfə azaldaraq "AA"ya düşürmüş, kredit dərəcəsini isə "neqativ" kimi dəyərləndirmişdi.
Milli.Az