Bakıda onlar koronavirusa kömək edirlər - FOTO

26 Mart 2020 19:13

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb.

Milli.Az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: "BakuBus"da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub".

Milli.Az