İran koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşə bilər

26 Mart 2020 19:03

İran koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşə bilər. Hökumət nümayəndəsi çərşənbə günü İslam Respublikasının Novruz bayramı tətili dövründə ölkə daxilində səyahətlərə və parklarda ənənəvi yığıncaqları qadağan etdiyini bildirib.

"Təəssüflər olsun ki, bəzi iranlılar Səhiyyə Nazirliyi rəsmilərinin tövsiyələrini qulaqardına vurdu və Yeni İl tətilləri zamanı səyahət etdi. Bu, koronavirusun ikinci dalğasına səbəb ola bilər", dövlət televiziyası hökumət sözçüsü Əli Rəbieiyə istinadən xəbər verib.

Rəbieyi Prezident Həsən Ruhaninin şəhərlər arasında hər hansı səfərə qadağa qoyduğunu və bu qadağanı pozanların qanun qarşısında cavab verəcəyini deyib.

İranda virusa yoluxma halları artıb və bu günə qədər 2077 ölüm halı təsdiq edilib. Səhiyyə Nazirliyinin rəsmisi Kianuş Cəfərpur çərşənbə günü son 24 saat ərzində 143 nəfərin öldüyünü bildirib.

Rəsmilər bir çox iranlının martın 20-də başlayan Yeni il tətilləridə səyahət planlarını ləğv etmək və evdən çıxmamaq barədə müraciətlərə məhəl qoymadığından şikayətlənir.

"Bu sərt bir plandır və səyahət üçün çətinliklər və məhdudiyyətlər yaradır. Bu, səyahətə çıxan insanları tez bir zamanda evlərinə qayıtmağa sövq edir" - deyə, Ruhani dövlət televiziyasi ilə etdiyi çıxışında bildirib.

Canlı yayımda çıxışı zamanı Ruhani ölkə boyu 27.017 insanın koronavirusa yoluxduğu üçün daha ciddi məhdudiyyətlər tətbiq ediləcəyini deyib.

Milli.Az