Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb

26 Mart 2020 18:55

Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikosyan "Facebook"da bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan 72 yaşlı şəxs xəstəxanada ölüb.

Qeyd edək ki, Ermənistanda koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə hal elan edilib. Ermənistanda 290 nəfər koronavirusa yoluxub.

Milli.Az