"IV qrant müsabiqəsi"nə sənəd qəbulunun vaxtı uzadıldı

26 Mart 2020 15:12

"Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"nə sənədlərin qəbulu vaxtı uzadılıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat 18:00-dək uzadılıb.

Müsabiqə üzrə yaranan suallarla bağlı [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Milli.Az