Türkiyədə koronavirusla əlaqədar amnistiya elan oluna bilər

26 Mart 2020 14:23

Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar məhbusların amnistiyası məsələsi müzakirə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələnin Prezident Rəcəb Tayyib Ərdoğanın gündəliyində olduğu deyilir.

Amnistiya 100 minədək məhbusa şamil edilə bilər.

Qeyd edək ki, Türkiyədə bu günədək 2 433 nəfər koronavirusa yoluxub, onlarda 59 nəfəri həyatını itirib.

Milli.Az