Ermənistanda insanlar evlərini yalnız pasportla və xüsusi anketlə tərk edə bilərlər

26 Mart 2020 18:37

Ermənistanda fövqəladə vəziyyət rejimi sərtləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küçəyə ancaq xüsusi hallarda çıxmaq olar.

Bu zaman şəxsin üzərində pasport, həmçinin evdən çıxma səbəbi və qayıtma saatının qeyd olunduğu anket olmalıdır.

Milli.Az